AZ

"Avropa Rusiyadan gələn təhdidlər qarşısında çox zəifdir"

Avropa Rusiya Federasiyasından gələn təhdidlər qarşısında çox parçalanıb və zəifdir. 

HİT.az "İnews"ə istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

"Biz çox yavaşıq, çox zəifik, çox qaçırıq. Biz Ukraynaya yaşamaq üçün lazım olanı verdik, amma qalib gəlmək üçün yox", deyə Rasmussen bildirib.

O qeyd edib ki, Donald Trampın Ağ Evə qayıtması NATO üçün ciddi problem olacaq. Rassmusen həmçinin Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın Şimali Atlantika Alyansına dəvət edilməli olduğu fikrini də bildirib. Onun sözlərinə görə, Kiyev 2028-ci ildən gec olmayaraq Alyansa qoşulmalıdır.

Mayın 14-də Entoni Blinken bəyan edib ki, ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırır və sonra onu Şimali Atlantika Alyansına daxil edəcək. O vurğulayıb ki, ABŞ-ın Ukrayna ilə NATO arasında əməkdaşlığı gücləndirmək üçün atdığı addımlar, ölkə üzvlük meyarlarına cavab verdikdə, ona tez bir zamanda bloka qoşulmağa imkan verməlidir.

Samir

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
2
hit.az

3Mənbələr