AZ

İtaliyada güclü yağışlar selə səbəb oldu

İtaliyanın Milan şəhərində yağan güclü yağışlar nəticəsində şəhərin bəzi yerlərində daşqınlar baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, şəhər yaxınlığından keçən Lambro axını həddindən artıq yağıntı səbəbindən daşıb.

Su basan küçə və prospektlər  bağlanıb. 

Yanğınsöndürmə briqadaları zərərçəkmiş şəhər sakinlərinə qayıqlarla kömək edib.

Həmçinin su basmış ərazilərdə təxliyyə əməliyyatları aparılıb.

Əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
15
demokrat.az

10Mənbələr