AZ

Slovakiya parlamenti baş nazirə görə təcili toplanır

Bakı. Trend:

Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmişsui-qəsd hadisəsi ilə əlaqədar növbədənkənar təcili iclasçağırıb.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, iclasda ölkədə yaranmış fövqəladəvəziyyətlə əlaqədar növbəti addımlar müzakirə ediləcək.

Məlumata görə, ölkənin bütün siyasi qüvvələri baş vermişhadisəni pisləyən bəyanatlar veriblər. Eləcə də müxalifətpartiyaları ictimai teleradio ilə bağlı hökumətin hazırladığıislahata qarşı təşkil olunan nümayişi təxirə salıb.

Qeyd edək ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonraRobert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəşaçılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsdedən şəxs saxlanılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
4
az.trend.az

10Mənbələr