AZ

Bakıda Avropa Gününə həsr olunmuş tədbirkeçirilib

Bakıda Avropa Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və elm və təhsil naziri Emin Əmirullayev çıxış ediblər.

Aİ-nin diplomatı çıxışında "Avropa Günün"ün tarixinə, əhəmiyyətinə toxunub. Səfir bildirib ki, bu gün Avropa çağırışlarla üzləşir:

"Təəssüf ki, bu il Avropada yenə də təcavüzkar müharibənin şahidi oluruq. Ukrayna xalqı Rusiyanın qəddar təcavüzünə qarşı özünü müdafiə edir. Biz Ukraynanı bütün gücümüzlə dəstəkləyirik, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, müdafiə qabiliyyətimizin gücləndirilməsi, enerji asılılığımızın azaldılması və daha güclü iqtisadi bazanın yaradılması baxımından birgə yanaşma tətbiq edirik".

Tədbirdə elm və təhsil naziri Emin Əmirullayev Azərbaycanla Aİ arasındakı münasibətlərin tarixinə toxunub. O deyib ki, bu gün Aİ və Azərbaycanın tərəfdaşlıq prioritetləri müxtəlif sahələri, eyni zamanda iqtisadi inkişafı, enerji təhlükəsizliyini, iqlim dəyişikliyi kimi sahələri əhatə edir.

Nazir Azərbaycanla Aİ arasında imzalanan enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq sənədinin əhəmiyyətini vurğulayıb.

O həmçinin azad olunmuş torpaqlarda minatəmizlənmə sahəsində Aİ-nin dəstəyinə toxunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
apa.az

3Mənbələr