AZ

Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21 iyunun 11-də "Liv Bona Dea Arena"da Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
11
report.az

10Mənbələr