AZ

Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb

Baydenlə

Vaşinqton, 15 may, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk üzbəüz debatın yeri və tarixi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün Co Bayden sosial media vasitəsilə müraciətində sabiq prezident Donald Trampı debata çağırıb, Tramp isə cavabında hazır olduğunu və bunu istədiyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
25
azertag.az

10Mənbələr