AZ

"Real"ın ulduzu qalmaqallı ofsayd epizodundan danışdı

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqası yarımfinalında "Bayern"lə oyunda qalmaqallı ofsayd epizodundan danışıb. 

Offsideplus.az xəbər verir ki, alman futbolçu epizodu belə dəyərləndirib:

"İki sual var: Birincisi, epizod ofsayd idi? Bu suala cavab ala bilməmişəm. Hər kəs şəkilləri görüb, lakin heç bir xətt çəkilməyib. Rəsmi nəticə yoxdur. Qərar rəsmən açıqlansaydı ki, məsələn, hə, ofsayd var və millimetr söhbəti ilədir, o zaman müzakirə etməyimizə ehtiyac qalmazdı. Günah yan xətt hakimindədir, gözləməlidirlər. Referi onlara güvənir. Yan xətt hakiminin özündən əmin şəkildə bayrağı qaldırmasına görə epizod çətindir. Qərar bərbad idi, oyun davam etməliydi, buna söz ola bilməz. 

İkinci sual isə budur: Fit çalınmasaydı, qol vurulardı? De Liqtin zərbəsi çox yaxşı idi. Lakin Naço ilə danışdım. Dedi ki, fiti eşitdiyi üçün müdaxilə etməyi dayandırdı. Əks halda mütləq zərbənin qarşısına keçib, topu saxlayardı. Lunin fitdən sonra çox da hərəkət etmədi, heç yerə də yıxılmadı, seyv etməyə cəhd etmədi. Oyun davam etsəydi, müdafiə mütləq müdaxilə edərdi. Bu səbəbdən, məncə, epizoda konkret cavab vermək olmur". 

 

20240509

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
offsideplus.az

1Mənbələr