AZ

“Kişilər məsuliyyətdən qaçır, qadınlarsa dözə bilmir” - Psixoloq

“İstər kişilər, istərsə də qadınlar məsuliyyəti üzərlərinə almadan evlənirlər. Heç biri öz məsuliyyətini bilmir. Yəni mən bir qadın, yaxud kişi olaraq hansı işləri öz üzərimə götürməliyəm ki, mənim ailəm daha düzgün olsun, bu barədə düşünmürlər”.



Bunu Bakupost.az -a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.

O qeyd edib ki, kişilər məsuliyyətdən qaçır, qadınlar da artıq bu məsuliyyətsizliyə dözmür:

"Deyə bilərsiniz ki, əvvəl belə deyildi. Qadınlar daha dözümlü idi. Düzdür, əvvəllər sosial şəbəkələr, qarşımızda bu qədər misallar yox idi. Amma indiki dövrdə insanlar artıq dözümsüz və məsuliyyətsizdir. Xəyanət də buna görə baş alıb gedir. Mənə görə bu gün boşanmaların səbəbi ailələrin möhkəm təməl üzərində qurulmamasıdır”.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik hesabatda Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
3
bakupost.az

4Mənbələr