AZ

İsveçrə silah ticarətində itirilən mənfəətə görə neytrallığı zəiflədəcək

İsveçrə hakimiyyəti Ukraynaya silah tədarükünü qadağan etməklə yanaşı, öz neytrallıqları çərçivəsində xarici ölkələrə silah ixracı prosedurlarını sadələşdirməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr qeyd edir ki, İsveçrə BMT mandatı altında hərbi əməliyyatlarda iştirak etmədikcə, müharibə aparan ölkələrə silah satışını qadağan edir və bu, isveçrəli silah istehsalçılarının müdafiə sifarişlərinin qlobal artımına baxmayaraq, gəlirlərini itirməsinə səbəb olur. Agentlik yazır ki, 2023-cü ildə İsveçrənin xarici silah satışı 27% azalaraq 697 milyon frank olub.

Bununla əlaqədar, ölkənin Nazirlər Kabineti “xarici siyasət və ya milli təhlükəsizlik maraqlarına" uyğun gələrsə, "müstəsna hallarda" ixrac məhdudiyyətlərini müvəqqəti olaraq ləğv etməyi təklif edir. "Bloomberg" yekunlaşdırır ki, qanunvericilər ölkənin neytrallıq və özünümüdafiə ənənələrində əsas rol oynayan İsveçrənin silah sənayesini dəstəkləmək üçün daha çox çeviklik tələb ediblər.

İsveçrə 2022-ci ilin sonunda ölkənin Ukraynaya silah tədarük etməyəcəyini və dünyada heç bir hərbi fəaliyyətdə iştirak etməyəcəyini açıqlayıb. Mayın əvvəlində İsveçrə prezidenti Viola Amherd qeyd edib ki, ölkə hökuməti hətta fövqəladə vəziyyət haqqında qanun çərçivəsində də Kiyevə silah verilməsindən danışmır.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
hit.az

1Mənbələr