AZ

Aİ İsraili Rəfaha quru hücumlarını dərhal dayandırmağa çağırır

Aİ İsraili Rəfaha quru hücumlarını dərhal dayandırmağa çağırır

Avropa İttifaqı (Aİ) İsraili Rəfaha quru hücumlarını dərhal dayandırmağa çağırıb və əks halda bunun Aİ-İsrail münasibətlərinə “ağır təzyiq” göstərəcəyini bildirib.


Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin ofisinin yaydığı bəyanatda qeyd edilib ki, bu əməliyyat Qəzzada humanitar yardımın paylanmasına, aclığa və insanların əzab çəkməsinə mane olur, həmçinin yerdəyişmələrin daha da artmasına gətirib çıxarır.

Açıqlamada 1 milyondan çox mülki vətəndaşın təhlükəsiz sayılmayacaq yerlərə təxliyyə edilməsinin bildirildiyi vurğulanıb və əlavə edilib: "Aİ İsrailin özünü müdafiə haqqını tanısa da, İsrail bunu beynəlxalq humanitar hüquqa uyğun şəkildə etməli və mülki vətəndaşların təhlükəsizliyini təmin etməlidi. "Aİ İsraili Qəzzada onsuz da ağır olan humanitar vəziyyəti pisləşdirməkdən çəkinməyə və Rəfah keçid məntəqəsini yenidən açmağa çağırır. İsrailin Rəfahda hərbi əməliyyatını davam etdirməsi istər-istəməz Aİ-nin İsraillə münasibətlərinə ağır təzyiq göstərəcək".

Bəyanatda bütün tərəflərə dərhal atəşkəs və bütün məhbusların qeyd-şərtsiz azadlığa buraxılması çağırışı edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
1
afn.az

2Mənbələr