Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasıyası məlumat yayıb. Bildirilib ki, tərəflər Gürcüstanda cərəyan edən son prosesləri müzakirə ediblər.

Telefon danışığının mövzusu ilə bağlı əlavə detallar paylaşılmayıb.

Qeyd edək ki, Salome Zurabişvili qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar "Avropa platforması"nı formalaşdırdığını bəyan edib.

Leqal.info