AZ

Azərbaycan Dillər Universitetində 15 may “Beynəlxalq İqlim Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının təşəbbüsü, Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Beynəlxalq İqlim Günü”nə həsr olunmuş dəyirmi masa təşkil edilib. 

Tədbirdə Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli tədbirin məqsədini açıqlayaraq ölkəmizin iqlim dəyişmələrinə qarşı gördüyü tədbirlərin önəmini, COP29 kimi beynəlxalq miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin həm ictimai, həm siyasi nüfuzu və uğuru olduğunu vurğulayıb. 
Daha sonra Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən qlobal iqlim dəyişikliyi, Azərbaycanda iqlim dəyişikliyi fəaliyyətləri, COP29 tədbirinin məqsədi, öhdəliklərimiz haqqında geniş məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Ekologiya.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
ekologiya.az

1Mənbələr