AZ

Qəbələdə keçirilən əmək yarmarkasına 12 müəssisədən 200 vakansiya təqdim edilib

Qəbələ, 15 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 15-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ xidmət şöbəsinin dəstəyi ilə işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayon sakinlərinin iştirak etdiyi əmək yarmarkasına 12 işəgötürən müəssisə tərəfindən 200 vakansiya təqdim edilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
azertag.az

1Mənbələr