AZ

Premyer Liqa klubunda 1 illik YENİ ANLAŞMA

Vadim Abdullayev növbəti mövsüm də "Araz Naxçıvan"ın şərəfini qoruyacaq.

Muxtar Respublika təmsilçisi yayda müqaviləsi bitəcək yarımmüdafiəçi ilə yeni anlaşma əldə edib.

Müddət isə bir il nəzərdə tutulub.

Təcrübəli futbolçu 2022-ci ildən "Araz"ın uğurları üçün çalışır.

29 yaşlı futbolçu bu mövsüm 33 oyunda meydana çıxıb və 1 asistlə yadda qalıb.

Vadim karyerası ərzində "Bakı", "Qəbələ", "Simurq", "Sumqayıt" və "Sabah" komandalarının şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
sportinfo.az

1Mənbələr