AZ

Verginin yüksək olması əhalinin internetə əlçatanlığında əngəl olaraq qalır – Şirkət rəhbəri

Rəqəmsal magistralların qurulması Özbəkistanın inkişafına töhfə verəcək.

Bu barədə bu gün “Beeline” Özbəkistan şirkətinin baş direktoru Andrzej Malinowski “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Sənaye investisiyalarını gücləndirmək üçün dəstəkləyici siyasət strategiyaları” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, “Beeline” ölkədəki yeganə özəl operatdır və yerli qanunvericiliyə tabedir.

“Ümumiyyətlə istənilən texnologiyanın inkişafı üçün şərait yaradılmalıdır. İKT nazirliyi bununla bağlı işlər görülür. Vergilərin azadılması isə əsas məsələ olaraq qalır. Verginin yüksək olması əhalinin internetə əlçatanlığında əngəl olaraq qalır”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
17
banker.az

10Mənbələr