AZ

Prezident Baş nazirə sui-qəsddən sonra xarici səfərini yarımçıq qoydu

Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyub və respublikanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə əlaqədar vətəninə qayıtmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiya mediası yazıb.

"Prezident baş verən hadisələrlə əlaqədar xaricdə səfərini başa vuraraq Slovakiyaya qayıdır", - deyə Pelleqrininin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Pelleqrini bu iyunun 15-də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
unikal.az

2Mənbələr