AZ

Rəcəb Tayyib Ərdoğan kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə toplantı keçirib

Türkiyə mediası dövlət çevrilişinə cəhddə ittiham olunan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bağlı araşdırma aparıldığını yazıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə toplantı keçirib və bu gün geniş tərkibli iclasda çıxış edə bilər.

Editor.az “Sabah” qəzetinə istinadən yazır ki, istintaq Ankara prokurorluğu tərəfindən aparılır. İş çərçivəsində mayın 14-də fəaliyyəti dayandırılmış bir neçə polis əməkdaşının yaşadığı evdə axtarışlar aparılıb.

Onlar “Ayxan Bora Kaplan” adlı cinayətkar qruplaşmada iştirakda ittiham olunurlar. “TRT Haber” telekanalının məlumatına görə, istintaq “Vəzifə səlahiyyətlərindən sui-istifadə”, “Ədalətli mühakimə və şahidə təsir göstərməyə cəhd” və “Cinayətkara dəstək göstərmə” maddələri ilə aparılır. Araşdırmalar fonunda Türkiyənin daxili işlər orqanlarında kütləvi ixtisarlar baş verib. Türkiyənin millətçi partiyasının lideri Dövlət Baxçalı ortaya çıxan məlumatlara münasibət bildirərkən deyib ki, söhbət çevriliş cəhdindən getdiyi üçün işdən çıxarılmalar yetərli olmaya bilər.

O, 2016-cı ilin yayında baş verən hadisələri xatırladıb, hansı ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup zabit tərəfindən dövlət çevrilişinə cəhd olub. Toqquşmalar zamanı 248 nəfər həlak olub, 2,7 mindən çox insan yaralanıb. İstintaq çərçivəsində Türkiyə təhlükəsizlik qüvvələri 50 min nəfəri həbs edib.

//Samir Qurbanov, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
4
editor.az

7Mənbələr