AZ

İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib

İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib

İsrail hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Fələstinin BMT-yə üzvlüyünün yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqların verilməsini tələb edən qərarı rədd edib.


Hökumətin mətbuat xidmətindən verilən açıqlamaya görə, Baş nazir Benyamin Netanyahunun Fələstinlə bağlı BMT Baş Assambleyasında qəbul edilən qətnamənin rədd edilməsi təklifi İsrail hökumətinin səsverməsinə çıxarılıb.

İsrail hökuməti Netanyahunun təklifini yekdilliklə qəbul edib.

Netanyahunun Fələstin dövlətinin qurulmasına icazə verməyəcəyi bildirilib.

Netanyahu "Nə BMT Baş Assambleyası, nə də başqa qurum, heç kim İsrailin özünümüdafiə əsas hüququnu həyata keçirməsinə mane ola bilməz" - deyə bəyanat verib.

Mayın 10-da BMT Baş Assambleyasında keçirilən səsvermədə Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsi və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqların verilməsini tələb edən qətnamə qəbul edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
1
afn.az

2Mənbələr