AZ

Nə etdiyini bilməyənsürücü qəza riski yaradıb qarşı tərəfi səhv çıxartdı- VİDEO

Xəzər rayonu Buzovna qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 12-də saat 17:43 radələrində qeydə alınıb. Hərəkətdə olan 10-OT-360 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü manevr edərək qəza riski yaradıb. Belə ki, yolun sol tərəfinə keçən sürücü maşını saxlamadan anidən sağa manevr etdikdən sonra dönmə işığını yandırır. Nəticədə o, hərəkətdə olan digər sürücüyə təhlükə yaradır. Lakin sürücü ehtiyatlı davranaraq qayda pozan şəxsə yol verir və ona mədəni şəkildə iradını bildirir. Lakin sürücü qarşı tərəfi təqsirləndirib. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
avtosfer.az

1Mənbələr