Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.
Sportinfo.az-ın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.
O, II Liqanın XXV turunda, "Kürmük Qax"la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. D
igər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.
Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib.
Üç il sonra - 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.
"Füzuli" - "Kürmük Qax" qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.