AZ

General Rza Talıbovun çirkli pullarını xaricə kimlər daşıyıb

General


Millitv.az xəbər verirki Tanınmış şair-publisist, iş adamı Gülağa Tənha özünün "TikTok" səhifəsində keçmiş DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov haqqında şok açıqlamalar ilə çıxış edib. O, çıxışında Rza Talıbovla bağlı yüz milyonlarla çirkli pulun xaricə ötürülməsini, istintaq prosesinin lazımi səviyyədə olmadığını və qeyri- obyektiv keçirilməsini bildirib. Gülağa Tənha vurğulayıb ki, istintaqa cəlb olunan kuryer qismində olan şəxslər lazımı səviyyədə dindirilməmiş, faktlar tam və aydın şəkildə üzə çıxarılmamışdır.
İş adamı bildirib ki, hazırda istintaq təcridxanasında saxlanılan kuryerlər(pul daşıyanlar)- Bahadur və qardaşı İkram yenidən dindirilməlidir. Onlar təkcə 2008-2010- cu illər ərzində Rza Talıbovun 120 milyon dollarını Gürcüstana, İrana, Türkiyəyə və Dubaya daşıyıblar. Şair-publisisit sonda hüquq-muhafizə orqanlarının məsələni yenidən araşdırmasını və oğurlanan pulların Azərbaycana qaytarılması təmin etmək üçün adiyatı qurumlardan xahiş edib.

DAHA ƏTRAFLI VİDEODAN İZLƏ

Millitv.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
yenisoz.az

1Mənbələr