AZ

"Ermənistanın daxilində ciddi siyasi xaos var" - Siyasi şərhçi

“Bu gün Ermənistan daxilində çox ciddi siyasi böhran hökm sürür və mövcud iqtidari Nikol Paşinyan hakimiyyətinə qarşı qoyulan qüvvə keşişlərdir. Paşinyana alternativ olaraq bir keşişin seçilməsi heç təsadüfi deyil. Baxmayaraq ki, o, siyasi fiqur deyil, ancaq dini təbəqəni təmsil edir. Biz bilirik ki, din həssas məsələdir. Dinin ictimai rəyə, dindarların ictimai rəyə təsir qüvvəsi daha çoxdur. Bu kateqoriyadan olan adamların tərəfdarları daha çox olur. Ona görə də məhz Paşinyana alternativ olaraq bir keşiş seçildi və bu gün Ermənistanın daxilində dediyim kimi, ciddi siyasi xaos var. Baş verənlər Paşinyana müəyyən təhdid yaradır”.

Bunu AzNews.az-a açıqlamasında "Report" İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, bu gün Ermənistan daxilində baş verənlərə biz təkcə Ermənistan daxilindəki iqtidar, müxalifət kontekstində yanaşmamalıyıq.

“Bir tərəfdə Qərbin dəstəklədiyi Rusiyaya meydan oxumağa cəhd edən Paşinyan, digər tərəfdə isə Rusiyanın əlaltısı olan və hazırda da əlaltısı olmağa davam edən Ermənistan müxalifəti var. Xüsusilə nəzərə alsaq ki, Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmağa cəhd edir. Həqiqətən bu istiqamətdə səmimi addımlar atır. Paşinyan artıq müəyyən siyasi iradə göstərməkdədir. Düşünmürəm ki, indiki halda Moskva Koçaryan və Sarkisyanın Bakıya verilməsinin tərəfdarıdır. Birinci ona görə ki, Moskva, Koçaryan və Sarkisyanı Paşinyanın əleyhinə istifadə etməkdədir. Çünki Paşinyan belə demək mümkünsə, Kremlin canını boğazına yığıb. İkincisi, Koçaryan və Sarkisyanın Bakıda olmağı, Bakıya təhvil verilməsi o deməkdir ki, onlar perspektivdə bu və ya digər situasiyada Rusiyanı ifşa edə bilərlər. Bu, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər. Bu baxımdan, bunu nəzərə alıb deyirəm ki, indiki halda belə bir ssenarinin olduğunu düşünmürəm. Bakı ilə İrəvan arasında münasibətlər o qədər inkişaf etməlidir ki, üçüncü qüvvələrin bizim ikimiz arasında olan münasibətlərə təsir imkanı olmasın. Bəlkə bu halda mümkün olar. Amma indiki halda bu real görünmür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
aznews.az

1Mənbələr