AZ

Əlcəzair və kanak xalqlarını qıran Fransa olimpiya oyunlarına ev sahibliyi edə bilməz...

Image

Ramil Hüseynov: “Fransanın buna mənəvi haqqı yoxdur”

Məlum olduğu kimi, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. Paralimpiada isə avqustun 28-dən sentybarın 8-dək baş tutacaq. Ancaq Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən, vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa hazırda xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır.

Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir.

Lakin etirazlar artdıqca, Fransanın 300 min əhalisi olan Yeni Kaledoniyaya təziqləri artır. Fransa daha qaba formalara əl atır. Buna baxmayaraq, yerli əhali – kanaklar Parisin adalardakı rolunu daha da azaltmaq üçün mübarizə aparırlar. Fransa isə onları güc yolu ilə susdurmaq istəyir. Bu həmin Fransadır ki, Əlcəzair xalqının azadlıq mübarizəsini uzun illər qan içində boğdu. 1,5 milyon əlcəzairlini soyqırıma məruz qoydu. İndi də Yeni Kaledoniyada kanaq xalqına bənzər soyqırım aparmaq istəyir. O üzdən, belə soyqırım siyasəti aparan ölkə olimpiya oyunlarına ev sahibliyi edə bilməz.

“Soyqırım keçmişi olan və onu bu gün də davam etdirən ölkə olimpiya oyunlarına ev sahibliyi edə bilməz” 

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin sədri Ramil Hüseynov hesab edir ki, Fransanın buna mənəvi haqqı yoxdur: “Çünki hər şey ortadadır. Əlcəzair və digər Afrika xalqlarını soyqırıma məruz qoyan, onların sərvətlərini talayan bir dövlət analoji siyasəti bu gün də davam etdirir. Fransanın 1994-cü ildə Ruanda soyqırımında necə əsas rol oynadığını dünya bilir. Əfsuslar olsun ki, buna görə Fransa cəzalandırılmadı, təzminat ödəmədi. Fransa uzaq və dənizaşırı Yeni Kaledoniyada kanak xalqının hüquqlarını pozur. Əminəm ki, Yeni Kaledoniya məsələsi beynəlxalq müstəvidə işıqlandırılmasaydı Fransa o xalqı yox edərdi. Çünki demokratiyadan, bəşəri dəyərlərdən dəm vuran Fransa bu gün həm öz xalqının, həm də digər xalqların hüquqlarını pozur. Ona görə də soyqırım keçmişi olan və onu bu gün də davam etdirən ölkə olimpiya oyunlarına ev sahibliyi edə bilməz”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
baki-xeber.com

2Mənbələr