AZ

Türkmənistan Qırğızıstanda Orta Dəhlizin infrastrukturunu öyrənir

Türkmənistanın nəqliyyat üzrə nümayəndə heyəti Asiya-Sakit Okean regionu ölkələrindən Orta Dəhliz üzrə Avropaya yüklərin daşınması üçün ölkənin infrastrukturunu öyrənmək məqsədilə Qırğızıstana səfər edib.

“Oş şəhərində Qırğızıstan-Türkmənistan nümayəndə heyətinin görüşü keçirilib. Görüş “Dostuk avtomobil yolu” keçid məntəqəsində baş tutub. Nümayəndə heyətinin səfərinin məqsədi “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə- Avropa İttifaqı ölkələri” multimodal dəhlizi üzrə yüklərin daşınması marşrutunu öyrənməkdir”, – qurum qeyd edib.

Görüş zamanı Türkmənistan tərəfi “Dostuk avtomobil yolu” keçid məntəqəsi, “İrkeştam yolu” keçid məntəqəsi və “Oş-1” və “Oş-2” dəmir yolu stansiyalarının infrastrukturu ilə tanış olub.

Nümayəndə heyəti daha sonra marşrutun Çin hissəsini öyrənmək üçün Kaşqara yollanıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
banker.az

1Mənbələr