AZ

AFFA-nın icraçı vitse-prezidenti jurnalistlərlə danışmaq istəmədi - vəzifə Sərxan Hacıyevi də dəyişdi?

Ötən gün minifutbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub. Liqanın qalibi ardıcıl ikinci dəfə "Birbaşa Bakı" olub. 

Oyundan sonra saytımızın əməkdaşı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdən açıqlama almaq istəsə də, qurumun mətbuat katibi Elnur Məmmədli rəhbər şəxsin danışmaq istəmədiyini deyib. Halbuki Hacıyev son təyinatına qədər həmişə media nümayəndələri ilə ünsiyyətə açıq olub, heç vaxt danışmaqdan boyun qaçırmayıb. 

Ola bilər ki, suallarımızın ağır olmasından çəkinib və yolunu dəyişib jurnalistlərindən yan gəzməyi doğru bilib. AFFA-da yerini qorumaq üçün özünü qələm əhlinə yaxın biri kimi göstərən Hacıyev indi fərqli cür davranmağa başlayıb. Vəzifə həm də belədir, hər insan onun ağırlığını daşıyaraq səmimi qala bilmir. Adam var taxta qalxır idarə eləyir, adam da var ki, taxt onu idarə eləməyə başlayır. Belə görünür ki, Sərxan Hacıyev ikincilərdəndi...

Sportal.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
sportal.az

2Mənbələr