AZ

Azərbaycanlı triatlonçu Olimpiya xalları üçün yarışacaq

Azərbaycanlı triatlonçu Rostislav Pevtsov Dünya kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış mayın 18-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

Dünya kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Səmərqənddə 54 idmançı mükafatlar uğrunda yarışacaq.

Qeyd edək ki, Pevtsov Rio-2016 və Tokio-2020 Olimpiadalarında ölkəmizin şərəfini qoruyub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
idman.biz

2Mənbələr