AZ

Mişel Obama Co Baydeni əvəzləyəcək? - ŞƏRH

Siyasi şərhçi Andrey Perla "Der Spiegel"in ABŞ-ın hazırkı lideri Co Baydenin Ağ Evin keçmiş rəhbəri Barak Obamanın həyat yoldaşı Mişel Obamanın xeyrinə prezidentlik yarışından imtina edə biləcəyi ilə bağlı xəbərini şərh edib. 

HİT.az xəbər verir ki, ekspert bu barədə Tsargrad.tv-yə danışıb.

Ekspertin sözlərinə görə, bu şayiəni ABŞ Demokratlar Partiyası özü yayıb:

"Aydındır ki, ABŞ Demokratlar Partiyasının özü bu şayiəni həm seçicilərinin, həm də beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlamaq üçün yaymağa başlayıb. Bəli, bu, məlum hiylədir. Onlar bizə eyham vururlar ki, avqustda Bayden Demokratlar Partiyasının qurultayında ikinci müddətə zəfərlə namizədliyini irəli sürəcəyini deyil, namizədliyini geri götürdüyünü elan edə bilər".

Eyni zamanda, o qeyd edib ki, Baydenin bu cür hərəkəti Demokratlar Partiyasının nizamnaməsini pozacaq, çünki praymerizlər olmayıb və heç kim Mişel Obamanın namizədliyini heç yerdə irəli sürməyib. Ekspert onu da xatırladıb ki, ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı namizədliyini irəli sürmək istəmədiyini özü bəyan edib.

"Der Spiegel"in yazdığına görə, guya Mişel Obama artıq əhalinin onun ABŞ prezidentliyinə namizədliyinə münasibəti ilə bağlı sualı sosioloji sorğulara daxil edib.

Eyni zamanda, nəşr qeyd edir ki, Obamanın özü çirkli iş hesab etdiyi siyasətə qarışmamaq istədiyini bəyan edib.

ABŞ-da prezidentlər iki dəfədən artıq seçilə bilməz, lakin onların xanımları namizəd ola bilər. Belə ki, Bill Klintonun həyat yoldaşı Hillari Klinton iki dəfə - 2008 və 2016-cı illərdə prezidentlik kampaniyasında iştirak edib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
hit.az

1Mənbələr