Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fikonun həyatı üçün təhlükə yaranıb.
Bu barədə onun "Kurs - Sosial Demokratiya" partiyası "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu gün Robert Fikonun öldürülməsinə cəhd edilib. O, bir neçə dəfə yaralanıb və həyatı üçün təhlükəli vəziyyətdədir”, - deyə siyasi birliyin nümayəndəsi bildirib.
Partiya əlavə edib ki, baş nazir vertolyotla xəstəxanaya aparılıb. Onlar qeyd ediblər ki, yaxın bir neçə saat onun vəziyyəti üçün həlledici olacaq.