AZ

Leninqrad vilayətində bu dəfə Belarusun məşhur həkimi saxlanılıb

...Cinayət axtarışı əməkdaşları Murinoda məşhur Belarus həkimi Vladimir Martovu saxlayıblar.

Deyilənlərə görə, Belarusda o, ekstremist icma təşkil etməkdə ittiham olunub və qiyabi həbs qətimkan tədbiri seçilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Fontanka” xəbər verir ki, həbsdən sonra polis Martovu Leninqrad vilayətinin Vsevolojsk rayonundakı 87-ci polis bölməsinə aparıb.

Qeyd edəkm ki, Martov Vitebsk Təcili Tibbi Yardım Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2020-ci ildə koronavirus epidemiyasının başlanğıcında, ölkədə hakimiyyətdə olan Aleksandr Lukaşenko “burada virus yoxdur” və “koronavirusdan heç kim ölməyəcək” dedikdə, həkim ölkədə problemin olduğunu və ciddi olduğunu söyləməkdən çəkinməmişdi.

...2020-ci ilin noyabr ayında həkim Vitebskdə nəinki yaşlı insanların, hətta və sağlam həyat tərzi tərəfdarlarının da infeksiyadan öldüyünü bildirmişdi.

Bundan sonra yerli YouTube kanalına müsahibə verən Martov, podkast hazırlamağa başlayıb.

Və bir neçə ay sonra Minsk Mərkəzi Məhkəməsi Martovla videomüsahibəni ekstremist material kimi tanıyıb.

Bununla yanaşı o, ekstremist icma təşkil etməkdə ittiham olunduğuna görə, Belarusu tərk etmişdi.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
sia.az

1Mənbələr