AZ

Serxio Ramos "Qalatasaray"a xəbər göndərdi

"Sevilya"nın müdafiəçisi Serxio Ramos karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçunun "Qalatasaray"a keçmək ehtimalı var. Bu barədə yerli mətbuat məlumat yayıb.

Təcrübəli mərkəz müdafiəçisinin meneceri İstanbul təmsilçisinə xəbər yollayıb. Ramosun maaş tələbi uyğun olsa, "sarı-qırmızılar" bu keçidə isti yanaşacaq.

Qeyd edək ki, "Qalatasaray" ötən ilin yayında Serxio Ramosu transfer etmək istəyirdi. Lakin ulduz futbolçu "Sevilya"da oynamağı üstün tutmuşdu. İspan oyunçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
sportal.az

1Mənbələr