AZ

Azərbaycanın hokkey komandası B Liqasının qalibi OLDU

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub.

"Unikal" xəbər verir ki, təmsilçimiz keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.

“Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə iki dəfə (8:3, 7:3) qalib gəlib.

Növbəti il komandamız turnirin A Liqasında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
6
unikal.az

7Mənbələr