AZ

Sürücülər daha çox bu qaydaları pozur - Ölüm və xəsarət qaçılmazdır

Avtomobil həvəskarları avtomobil sürməkdən həzz alırlar. Ümumiyyətlə, hər kəs işə, hansısa gəzintiyə, həftə sonu alış-verişlərinə getmək üçün rahat mühitdə avtomobil idarə etmək istəyir. Amma təəssüf ki, son illər buna nail olmaq mümkün deyil. Bunun müxtəlif səbəbləri var, ən başlıcası isə tıxac və tez-tez qaydaları pozaraq yolda maşınların rahat hərəkətinə maneə yaradan sürücülərdir.

Avtosfer.az sürücülərin yollarda ən çox hansı qaydaları pozmasını araşdrıb.

Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ən çox qayda pozuntuları sürət həddinin aşılması ilə bağlıdır. Hansı ki, bu xətalar kamera, radar və yol polisinin xidmət aparmadığı ərazilərdə baş verir.

Ekspert qeyd edib ki, bununla paralel ötmə, manevr, dönmə siqnallarından istifadə edilməməsi, sağdan ötmə hərəkətləri, sükan arxasında mobil telefondan istifadə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək kimi xətalar da sürücülərimizin mütəmadi pozoduğu qaydalar sırasındadır.

E.Muradlı vurğulayır ki, bu kimi qayda pozuntuları bəzən yüngül, bəzən də ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır: “Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalara ən çox qeyd etdiyim pozuntular səbəb olur. Bunlara son dövrün bəlasına çevrilmiş narkotik vasitələrin təsiri altında sükan arxasına keçmək də aiddir. Eyni zamanda spirtli içikilərin təsiri altında avtomobil idarəetmə halları da var”.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
avtosfer.az

10Mənbələr