AZ

Konsertdə solistin şou hərəkəti gənc qızı iflic etdi - VİDEO

ABŞ-da keçirilən konsertdə solistin pərəstişkarlarının üstünə atılması nəticəsində gənc qız yaralanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trophy Eyes" qrupunun solisti konsert zamanı pərəstişkarlarının üzərinə atılıb.

Kütlənin içində olan gənc qız huşunu itirərək xəstəxanaya çatdırılıb.

Gənc qızın qismən iflic olduğu müəyyən edilib.

"Trophy Eyes" qrupu qəza nəticəsində yaralanan pərəstişkarlarının yanında olacaqlarını və müalicə müddətində onlara dəstək olacaqlarını bildiriblər.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
milli.az

2Mənbələr