AZ

Slovakiyanın Baş naziri güllələndi, 71 yaşlı kişi saxlanıldı

Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Handlovej şəhərində hökumətin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma zamanı Baş nazir yaralanıb. O, helikopterlə xəstəxanaya aparılıb.

Nazirin qarnından və sinəsindən güllə yarası aldığı və vəziyyətinin çox ağır olduğu bildirilir. Ancaq yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır.

Fitsonu güllələyən şəxs artıq saxlanılıb. O, Leviçe şəhərinin 71 yaşlı sakinidir. Həmin şəxsin hadisəni hansı səbəbdən törətdiyi araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
publika.az

2Mənbələr