AZ

Slovakiyanın baş nazirinə sui-qəsd olub

Mayın 15-də gündüz Slovakiyanın baş naziri Robert Fitsoya silahlı hücum olub.

Yerli mətbuat bildirir ki, Fitso hökumət iclasından çıxarkən bir neçə atəş səsi eşidilib.

Fitsoya izdihamın içindən atəş açılıb. Atəşdən sonra o yıxılıb.

Slovakiyanın TAZ telekanalı bildirib ki, Fitsoya dörd dəfə atəş açıblar, bir güllə qarnına dəyib.

Plus Jeden Den nəşri yazır ki, Fitso əlindən və qarnından yaralanıb, vəziyyəti ağırdır.

Slovakiya mətbuatının məlumatına görə, atəş açan hadisə yerində saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
turan.az

1Mənbələr