AZ

Sabah sürücülər bu yolda diqqətli olsun

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə məlumatda deyilir.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
49
qaziler.az

10Mənbələr