AZ

Putin Şoyquya təşəkkür edib

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin yeni rəhbəri Andrey Belousovu hərbi dairələrin komandirlərinə təqdim edib və onun təyinatını izah edib.

Dövlət başçısının sözlərinə görə, Andrey Belousovun yeni müdafiə naziri təyin edilməsi “hərbi komponentə ayrılan xərclərin artması ilə əlaqədardır”.

Putin xatırladıb ki, SSRİ-nin 80-ci illərin ortalarında müdafiə və təhlükəsizliyə ümumi xərcləri təxminən 13 faiz təşkil edib. Prezident qeyd edib ki, 2024-cü ildə Rusiya Federasiyasında bu rəqəmin 8,7 faiz olacağı gözlənilir.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya lideri həmçinin keçmiş müdafiə naziri Sergey Şoyquya “Silahlı Qüvvələrin qurulmasında, onlara yeni görkəm verilməsində” gördüyü işlərə görə təşəkkür edib.

Putin bildirib ki, Şoyqu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsindən əlavə, hərbi-sənaye kompleksi komissiyasına rəhbərlik edəcək və Xarici Ölkələrlə Əməkdaşlıq üzrə Federal Xidmətin işini təşkil edəcək.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
sia.az

1Mənbələr