AZ

Azərbaycanda ağırlıqqaldırma üzrə beynəlxalq yarışlar keçirilə bilər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə Bakıya gələn IWF prezidenti Məhəmməd Caludun səfəri barədə məqalə dərc olunub.

Sportnet.az xəbər verir ki, materialda səfərin detalları barədə məlumat verilib. Qeyd olunub ki, IWF prezidenti Azərbaycanda ağırllıqqaldırma infrastrukturu ilə tanış olub, gördüklərindən razı qalıb, burada yüksək səviyyədə şərait yaradıldığını vurğulayıb. Məhəmməd Calud Fuju və Havanadan sonra Beynəlxalq Tədris Mərkəzlərindən birinin Bakıda qurulması üçün bütün imkanların olduğunu, bu böyük layihənin çox istedadlı yeniyetmə və gənc nəsil ağırlıqqaldıranlara malik Azərbaycanda ağırlıqqaldırmanın inkişafına təkan verəcəyini bildirib.

Qonaq Bakıda AAF prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov, baş nazir Əli Əsədovla görüşdüyünü, bu görüşlər zamanı Azərbaycanın ağırlıqqaldırma üzrə beynəlxalq yarışların təşkili və bir çox digər məsələlərin müzakirə olunduğunu, gələcəyə böyük ümidlərlə baxdığını qeyd edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
sportnet.az

1Mənbələr