AZ

Türk Dövlətləri Təşkilatının Baş Katibi ilə görüş keçirilib - FOTO

Türk Dövlətləri Təşkilatı Orta dəhlizi əhatə edən ölkələrin iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və Orta Dəhlizin daha fəal çalışması üçün lazım olan dəstəyi verir.
 
AZXEBER.COM xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömüralıyev Azərbaycan şirkəti olan Union Logisticsin rəhbəri Rövşən Mehdiyevi qəbul edərkən bu barədə danışıb. 
 
Görüşdə şirkətin yeni hərəkət xətti də müzakirə olunub. Rövşən Mehdiyev rəhbəri olduğu şirkətin Tarixi İpək yolu, Orta Dəhliz adlandırılan marşruta uyğun olaraq ,Çindən çıxan yüklərin Azərbaycana qədər olan hissəsində aktivliyin bərpası barədə məlumat verib. Bildirib ki, yeni marşrut xətti Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkmınbaşı portu və Ələt Dəniz Ticarət limanını əhatə edir.
 
Gələcəkdə bu marşrutun Türkiyədən keçməklə, Avropaya qədər uzadılması planlaşdırılır.
 

 

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
azxeber.com

10Mənbələr