AZ

"Paşinyan müxalifətin etiraz aksiyalarına baxmayaraq hakimiyyətin möhkəmliyinə əmindir" -Politoloq

“Ermənistan baş nazirinin Ermənistanda etirazlar başlayandan sonra müxtəlif ölkələrə səfərləri müəyyən qədər maraq doğurur. Belə ki, belə bir təəssürat yaranır ki, Paşinyan əslində müxalifətin etiraz aksiyalarını onu devirəcək səviyyədə olmadığını bilir və daxildə hakimiyyətin möhkəmliyinə əmindir. Öz komandasında hansısa bir kənar kəsin olacağına inanmır. Bu baxımdan bir az daha rahat davranır. Nəzərə alsaq ki, etiraz edən kütlə əslində Paşinyana qarşı xüsusi bir iddia irəli sürə bilmir, sadəcə bu iddialar yalnız iddialar olaraq qalır və tələblər əslində heç də cəmiyyətdə əks səda doğuracaq məsələlər deyil. Etiraz edən kütlə təxminən 20 gün öncə Qazaxla sərhəddə başlamış demilitasiya, demarkasiya prosesinə qarşı yönəlmişdi. O ərazidə yaşayan insanların da bu məsələdə iştirakına nail olmağa çalışıb, guya onların tələbi kimi bu tələbi irəli sürürdülər. Amma sonradan həmin ərazidə təxminən 70% sərhədlərin müəyyənləşməsi başa çatdı. Sərhədlər demarkasiya edildi və orada yaşayan əhali artıq bu tələblərlə bağlı hansısa bir fikir bildirmir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, əslində onlar prosesin gedişindən narazı qalmadıqlarını ifadə etdilər ki, bu da bu gün Paşinyana qarşı etiraz aksiyası keçirən kilsə və Qarabağ klanının heç də irəli sürdüyü tələblərin əsaslı olmadığının göstəricisidir.

“Digər tərəfdən nəzərə alsaq ki, əhalinin tələbləri əsasında guya yürüş, etiraz aksiyaları keçirən keşişlər İrəvandakı mərkəzi meydana girən kimi, əslində qeyd etdiyimiz kimi sərhədyanı bölgələrdəki vəziyyətlə bağlı tələbləri bir kənara qoyub,dərhal Paşinyanın istefasını tələb etdilər. Bu da Ermənistan cəmiyyətində xüsusi rəğbətlə qarşılanmır. Ermənistanın siyasətdən kənar olan susqun çoxluq əhalisi əslində bu revanşistlərin tələblərini heç də müsbət qarşılamır. O baxımdan bu etiraz aksiyalarının ciddi bir nəticə verəcəyini düşünmürəm. Proses bir az da uzandıqdan sonra sönməyə doğru gedəcək. Paşinyan əslində özünün keçirdiyi mətbuat konfransında bir həftə öncə çox uğurlu bir giriş edərək erməni kilsəsinin destruktiv rolunu və Qarabağ klanı ilə birgə hərəkət etdiyini Ermənistan cəmiyyətinə çatdırdı ki, bu da Ermənistan cəmiyyətində əslində kilsəyə qarşı müəyyən tərəddüdləri yaratdı. Baxmayaraq ki, erməni cəmiyyəti tarixən erməni kilsəsinin ciddi təsiri altında olub, amma hazırda kilsənin irəli sürdüyü tələblər cəmiyyətdə rəğbətlə qarşılanmır. Ermənistan cəmiyyətinin həm düşünən, həm də siyasətdən kənar olan susqun adlandırdığımız kəsim yaxşı başa düşür ki, Qarabağ klanı və kilsənin irəli sürdüyü tələblər Ermənistanı uçuruma aparır. Onlar hansısa bir alternativ variantlar təklif etmirlər, sadəcə olaraq hakimiyyət dəyişikliyi tələblərindən çıxış edirlər.Azərbaycanla, o cümlədən Türkiyə ilə münasibətlərin necə qurulacağı ilə bağlı hansısa bir fikir söylənmir”.

O. Qasımov sonda vurğulayıb ki, Ermənistanda bu etiraz aksiyalarına dəstək verməyən kəsim çox gözəl anlayır ki, əgər kilsə və onun dəstəklədiyi Koçaryan və digər revanşistlər hakimiyyətə gələrsə, bu, Azərbaycanla bölgədə ciddi gərginlik gətirəcək:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
aznews.az

1Mənbələr