AZ

ABŞ-da Texasdan olan konqresmen Henri Kuelyarın Azərbaycanın nəzarətində olan energetika şirkəti və Meksikadakı bankdan 600000 dollar rüşvət alması ilə bağlı araşdırma davam edir.

Mayın 14-də Associated Press agentliyi bildirib ki, mayın 1-də Hyuston Federal Məhkəməsində 67 yaşlı İradə Axundova özünü federal orqanlarda qeydiyyata alınmadan Azərbaycan agenti kimi fəaliyyət göstərməkdə təqsirli bilib. Onun günahını  etiraf etməsinin  təfərrüatları mayın 9-da məlum olub.

Federal hakimiyyət 68 yaşlı Kuelyarı və onun 67 yaşlı xanımı İmelda Kuelyarı 2014-2021-ci illərdə konqresmenin Azərbaycanın və Meksika Bankının ABŞ-da maraqlarını təşviq  etməsi müqabilində pul almaqda ittiham ediblər. Ancaq cütlük günahsız olduqlarını iddia ediblər.

Məhkəmənin protokollarında qeyd olunur ki, Axundova günahı etiraf edir və "ABŞ ilə tam əməkdaşlıq edir". Azərbaycanın maraqlarından irəli gələn rüşvətin məbləği 300 min dollardan çox olub.

"Axundova Texas Azərbaycan-Amerika icmasının fəal üzvü adlanır. 2014-2017-ci illərdə Azərbaycan energetika şirkətinin Texas filialının direktoru olub, məsləhətləşmələrə görə saxta hesablar göndərib və ödənişlərin həyata keçirilməsinə kömək edib. Onun fikrincə, bu, neft şirkətinin və Azərbaycan hökumətinin "marağında olub", -  məlumatda qeyd edilib.

Axundovanı beş ilə qədər həbs cəzası gözləyir. Bazar ertəsi  Axundovanın vəkili vəziyyətin şərh edilməsi barədə mesaja cavab verməyib.

İttihama görə, Azərbaycanın energetika şirkəti İmelda Kuelyara və onun uşaqlarına pul köçürüb. Bu şirkət "saxta müqavilə" üzrə ayda 25000 dollar alıb.

İttihama əsasən Azərbaycanın rəsmi şəxsləri Ermənistanla münaqişədə dəstək almaq və ölkəni ABŞ-ın strateji müttəfiqi kimi tanıtmaq istəyirmişlər.

Kuelyar bir vaxtlar Konqresdə Azərbaycan fraksiyasının həmsədri olub və ona qarşı ittiham aktında deyilir ki, azərbaycanlı diplomat onu mətn məlumatlarında "əl-Həfə" və ya "boss" adlandırıb.

Rəsmi Bakı bir aya yaxındır  davam edən bu qalmaqala münasibət bildirməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
turan.az

1Mənbələr