AZ

“iPhone”u olanlara ŞAD XƏBƏR:YENİLƏNDİ!

iOS 17-nin ən son versiyası olan iOS 17.5 buraxılıb. Bir çox dəyişiklikləri gətirən yeni versiya iOS 18-in təqdimatından qısa müddət əvvəl istifadəyə verilib. Beləliklə, iOS 17.5-in xüsusiyyətləri və yenilikləri hansılardır?

“Apple” bir müddət əvvəl təqdim etdiyi iOS 17-nin yeni versiyalarını paylaşmağa davam edir. 17.5 versiyası 17.4-dən iki ay sonra istifadəçilərə təqdim edilib. iOS istifadəçiləri iOS 17.5 xüsusiyyətlərini araşdırır.

İOS 17.5-in xüsusiyyətləri və yenilikləri nədir?

Yeni versiya ilk olaraq, yalnız Avropa Birliyində mövcud olacaq tətbiqlərin “App Store”dan kənardan quraşdırılması xüsusiyyəti təqdim edilib. Bu yeniliklə istifadəçilər proqramı birbaşa tərtibatçının saytından endirəcəklər.

İOS 17.5 ilə gələn başqa bir xüsusiyyət, istifadəçilərin internet bağlantısı olmadıqda belə “Apple News+” üçün gündəlik yayıma daxil ola bilmələridir. Beləliklə, iOS istifadəçiləri internet olmadan istədiklərini oxuya biləcəklər.

Platformalar arasında izləmə sistemi olacaq. Bluetooth aşkarlama xüsusiyyəti olan istifadəçilər hər hansı izləmə cihazına yaxınlaşdıqda xəbərdarlıq ediləcək.

İOS 17.5 yeniləməsini necə quraşdirmaq lazımdır?

Yeniləməni quraşdırmaq üçün “iPhone”u enerji ilə doldurun, sonra Wi-Fi şəbəkəsinə qoşulun, "Parametrlər" səhifəsinə keçin və "Ümumi" səhifəsinə keçin. Nəhayət, iOS 17.5 “Proqram təminatı yeniləməsi” seçilərək endirilir.

Orxan Vahidoğlu, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
29
ikisahil.az

10Mənbələr