AZ

Millinin voleybolçusu: “Təslim olmayacağıq”

“Hələ tam formada deyiləm”.

Bunu İdman.bizə Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov deyib.

O, Qızıl Avropa Liqası ilə bağlı hazırlıq durumuna aydınlıq gətirib. Melnikovun sözlərinə görə, mövsüm çətin keçib və istirahət üçün yetəri qədər vaxtları olmayıb: “Bu səbəbdən iki həftə içərisində hər idmançı pik formaya çatmağı bacarmır. Komanda da isə vəziyyət yaxşıdır. Məşqlər yaxşı səviyyədədir. Yaxşı oynamağa və məğlub olmamağa çalışacağıq”.

O, bildirib ki, bu yarışda iştirak etmək olduqca çətin olacaq: “Rəqiblər dünya səviyyəli və təcrübəlidirlər. Üstəlik, millilərin hazırlıq səviyyəsi də fərqlidir. Ancaq təslim olmayacağıq və oynayacağıq. Rumıniya ilə qarşılaşma çətin keçəcək. Çox güclü və təcrübəli millidir. Ukrayna ilə də asan olmayacaq, amma nəzərə alsaq ki, onlar əsas heyətlə gəlməyəcək, qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında Rumıniyaya qarşı ilk oyununu mayın 17-də keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
idman.biz

1Mənbələr