AZ

Tələbə qız 70 il sonra məzun oldu

Tələbə qız 70 il sonra məzun oldu

ABŞ-da 91 yaşlı qadın tələbə olduqdan 70 il sonra universiteti bitirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Meri Ellen Foley 1950-ci ildə "Southwest Missouri College"dən (indiki Missouri State University) erkən uşaqlıq təhsili üzrə bakalavr dərəcəsini alıb. Beş il sonra o, heyvan elmləri tələbəsi ilə evləndiyi üçün Missuri Universitetinə köçüb.

Foley hamilə olduğunu öyrənəndə məzun olmasına bir neçə imtahan qalmışdı. O, uşaqlarını böyütmək üçün universiteti tərk etməli olub. Qadın 1970-ci illərdə Mizssouda yenidən qeydiyyatdan keçməyi düşünsə də, şərtlərin dəyişdiyini görüb.

Aprel ayında Foley nəvəsinə fərqli bir sahədə olsa belə, kollec dərəcəsi almaq istədiyini söyləyib. Köhnə qiymətlərinə baxdıqdan sonra akademik məsləhətçi Foleyə ümumi təhsil dərəcəsi qazanmaq üçün kifayət qədər krediti olduğunu söyləyib.

Meri Ellen Foleyin yaxın zamanlarda kollec diplomunu alacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
sonxeber.az

1Mənbələr