AZ

Müəllim narkotik satdı, həbsi bu qadağa ilə əvəz olundu

Böyük Britaniyanın Esseks şəhərində 36 yaşlı Stefani Şimanska gizlicə kokain satarkən polislər tərəfindən həbs edilib.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Kolçesterdə narkotik şəbəkəsini aşkar etmək üçün barlarda narkotik satıcıları ilə əlaqə saxlayıblar.

Şimanska narkotika paylayan cinayətkar dəstədə iştirakda ittiham olunub. O, Kolçesterdəki Altıncı Form Kollecində dərs deyirmiş, lakin həbs olunduqdan sonra istefa verib.

İttiham tərəfi Şimanska üçün 15 ay həbs, 80 saat ödənişsiz iş və zərərçəkmişlərə 156 funt sterlinq məbləğində dəymiş ziyanın ödənilməsini tələb edib. Lakin xüsusi komissiya Şimanskanın cinayətinin müəllimliklə bağlı olmadığını etiraf edib. Eyni zamanda, idarə heyətinin fikrincə, qadın ictimaiyyətin müəllimlik peşəsinə inamını sarsıdıb.

Şimanska təqsirini boynuna alıb, tələb olunan 80 saatı çalışıb və istintaqa kömək edib. Bunun sayəsində onun potensial həbsi müəllimlik qadağası ilə əvəz olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
publika.az

1Mənbələr