AZ

ADA Universitetində “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçirilib

Mayın 15-də ADA Universitetində “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçirilib.

KONKRET.az xəbər verir ki, təlim Medianın İnkişafı Agentliyinin (MEDİA) və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədlinin moderatorluğu ilə baş tutan təlimdə “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət”, “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular”, “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” kimi mövzulardan ətraflı bəhs edilib.

Jurnalistlərin təqsirsizlik prezumpsiyası, dövlət sirri, şəxsi həyata hörmət, uşaq hüquqları, təhqir, böhtan, ayrı-seçkilik, nifrət, intihar kimi həssas məsələlərin işıqlandırılmasında yol verilən səhvlər, etik davranışın hamı üçün böyük əhəmiyyət kəsb etdiyi, əxlaqi və hüquqi məsuliyyətin, mediada özünənəzarət və fəaliyyətin azadlığı, jurnalist anlayışı və digər vacib məqamlar diqqətə çatdırılıb.

İnteraktiv şəkildə aparlıan təlim geniş fikir mübadiləsi ilə başa çatıb.

Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
konkret.az

1Mənbələr