AZ

Ermənistan-Gürcüstan yolu Azərbaycanın nəzarətinə keçə bilər – FOTO

Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu Azərbaycanın nəzarətinə keçə bilər. 

Yenicag.az xəbər verir ki, bu barədə Tavuşun Kirants kəndinin rəhbəri Kamo Şahinyan deyib.

Şahinyanın sözlərinə görə, mübahisəli 3 sərhəd dirəyinin quraşdırılması nöqtələri hələ müəyyən edilməyib: “Əgər 3 nöqtə təqdim olunan demarkasiya xəritəsinə uyğundursa, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun körpüsü və ondan sonra 130 metrlik ərazi Azərbaycana keçəcək”.

Qeyd edək ki, Ermənistanı Gürcüstanla birləşdirən M6 dövlətlərarası avtomobil yolu ötən ilin iyul ayında istifadəyə verilib. /unikal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
yenicag.az

1Mənbələr