AZ

İlin sonunadək bütün ölkə ərazisində yüksək sürətli internet olacaq - Yevgeniya Bikmurzina

Bakı. Trend:

İlin sonunadək bütün Azərbaycan ərazisində yüksək sürətliinternet olacaq.

Trend xəbərverir ki, bu barədə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina Bakıdakeçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında panelmüzakirələrində deyib.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səyləri sayəsindəilin sonunadək bütün ölkə yüksək sürətli internetlə əhatə olunacaq.Biz bölgələrə gedirik və orada insanlara rəqəmsal bacarıqlarıöyrədirik. Həmçinin bu məqsədlə uşaq evlərinə, təcridxanalara başçəkirik", - o deyib.

Onun sözlərinə görə, daha çox texnoloji iş yerlərinin açılmasıtəbii olaraq insanlarda təkcə müxtəlif korporativ və ya dövlətqurumlarında deyil, həm də kiçik texnologiya şirkətlərində karyeraqurmağa maraq oyadacaq.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
1
az.trend.az

2Mənbələr