AZ

NDU-da tibb ixtisası üzrə SABAH qrupları fəaliyyət göstərəcək

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları İcra Komitəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) olublar. 

“Cebhe.info” xəbər verir ki, universitetin tələbə heyəti ilə görüş keçirən qonaqlar məlumat veriblər ki, 2024–2025-ci tədris ilindən NDU-da tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayacaq.  

Qeyd edilib ki, SABAH qrupları Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014–2015-ci tədris ilindən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılıb.

Bu qruplar hazırda 10 ali təhsil müəssisəsində 55 ixtisas üzrə 4 minə yaxın tələbəni əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
5
cebheinfo.az

6Mənbələr