AZ

Slovakiyanın Baş naziri sui-qəsdə məruz qalıb- Robert Fitso güllə yarası alıb

Naməlum şəxs Slovakiyanın Baş naziri Robert Fitsoya odlu silahdan atəş açıb.

Azpost.info xəbər verir ki, bu barədə Slovakiyanın “Dennik N” qəzeti yazıb.

Fitsonun yaralandığı, hücum edən şəxsin isə polis tərəfindən saxlanıldığı bildirilir.

Baş nazirə qarşı sui-qəsd hökumətin Qandlova şəhərində toplantısından sonra baş verib. Nazirlər Kabinetinin iclasından sonra Baş nazir toplaşanları salamlamağa çıxıb, bu zaman bir neçə dəfə atəş açılıb.

Fitso xəstəxanaya yerləşdirilib. Polis ərazini mühasirəyə alıb, hökumətin iclas keçirdiyi mədəniyyət mərkəzi boşaldılıb.

Slovakiya prezidenti Zuzana Çaputova Fitsoya qarşı sui-qəsdi qəddarlıq adlandırıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
azpost.info

10Mənbələr